RF xarici işlər naziri Sergey Lavrovun Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqları konstruktiv olub. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair konkret ideyalar müzakirə olunub.
RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə cümə günü Moskvada keçirdiyi növbəti brifinqdə məlumat verib.
M.Zaxarovanın sözlərinə görə, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında növbəti görüşlər planlaşdırılır, lakin həmin görüşlərin qrafiki hələlik formalaşmayıb. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Rusiyanın xarici siyasəti üçün prioritet mövzulardan biridir. Ona görə də bu məsələ ilə bağlı görüşlər davam edəcək.
RF XİN-in rəsmi nümayəndəsi deyib: “Bu, çox incə mövzudur, danışıqlar konstruktiv oldu və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair müxtəlif konkret ideyalar müzakirə olundu”.
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və ssenarist, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 2021-ci il aprelin 16-da ömrünün 81-ci ilində vəfat edib.
Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.
Aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Pirşağı qəsəbəsində yenidənqurma və təmir-bərpa işlərinin təməlqoyma mərasimində iştirak ediblər.
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli qurumun yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda səfərdə olacaqlar.