Rusiya Dövlət Dumasının rəhbərliyi aparatın üç idarəsi: analitik, iqtisadi və ictimaiyyətlə əlaqələr və KİV ilə qarşılıqlı fəaliyyət idarəsində islahatlar hazırlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Nəşrin mənbəyi bildirib ki, analitik idarə ekspert-analitik, maliyyə idarəsi isə iqtisadi-maliyyə idarəsi olacaq.
Ekspert-analitik idarə müsabiqələrin keçirilməsi və ekspert təşkilatların xidmətlərinin alınması ilə məşğul olacaq. İqtisadi-maliyyə idarəsinə proqnozlaşdırma, ekspertiza və təhlil funksiyalarının bir hissəsi veriləcək, eləcə də qanun layihəsinin ekspert dəyərləndirməsi ilə məşğul olacaq.
İqtisadi və analitik istiqamətin rəhbərləri, çox güman ki, dəyişdiriləcəklər.
Mariupolun müdafiəçisi Dmitri Kozatski dağıdılmış “Azovstal”dan bir neçə kadr paylaşıb. Fotolarda bu müddət ərzində Rusiya qoşunlarının hücumuna məruz qalan zavodun bombalanmasının nəticələrini görmək olar.
“Müdafiə sənayesi sahəsində nailiyyətlərimizi dostlarımızla bölüşmək iradəmizin əlaməti olan “Pakistan MİLGEM” layihəsini daha böyük əməkdaşlığın müjdəçisi kimi qəbul edirəm”.
Böyük Britaniyanın Baş naziri Boris Consonun atası Stenli Consona Fransa vətəndaşlığı verilib.