Rus proqramçı ABŞ-ın tələbi ilə İspaniyada həbs edildi

Rus proqramçı ABŞ-ın tələbi ilə İspaniyada həbs edildi
20 2017 09:45

İspaniya polisi ABŞ Federal Təhqiqat Bürosu (FBİ) və “İnterpol”un sorğusu əsasında rusiyalı proqramçı Stanislav Lisovu saxlayıb.

İKT.lent.az-ın RT-yə istinadən verdiyi məlumata görə, bu barədə S. Lisovun xanımı bildirib. O, həyat yoldaşının Taqanroqda proqramçı kimi çalışdığını, saytların işlənib hazırlanması və onlara texniki dəstəklə məşğul olduğunu deyib: “Bizi Liona uçmaq istəyərkən Barselona hava limanında saxladılar. İki polis əməkdaşı yaxınlaşaraq həyat yoldaşımı həbs etdiklərini açıqladılar və onun telefonunu, noutbukunu, planşetini yoxlamağa başladılar”.

İspaniya hüquq-mühafizə orqanlarından bildirilib ki, S. Lisov FBİ və “İnterpol”un sorğusu əsasında saxlanılıb. İrəli sürülən ittiham barədə məlumat verilməyib.

Rusiya rəsmi dairələri ölkə vətəndaşının saxlanılmasının səbəbləri və detalları barədə məlumat almaq üçün İspaniya tərəfinə müraciət edib. 


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.