Rumıniyanın Azərbaycandakı səfiri ADU-da olub (FOTO)

Rumıniyanın Azərbaycandakı səfiri ADU-da olub (FOTO)
18 2017 11:32

Yanvarın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, qonağı salamlayan professor Ə.Abdullayev onu universitetdə görməkdən məmnunluğunu bildirib. Universitet haqqında danışan professor bu il ADU-nun 80 illiyinin qeyd olunacağını sözlərinə əlavə edib. O, ADU-nun tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında qonağa məlumat verib. ADU-nun nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu deyən Ə.Abdullayev burada müxtəlif dillərin tədris olunduğunu, dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini də sözlərinə əlavə edib.

ADU-nun beynəlxalq əlaqələrindən danışan professor Ə.Abdullayev universitetin bir çox ölkənin nüfuzli ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini bildirib. O, Rumıniya universitetləri ilə də əməkdaşlığın universitet üçün əhəmiyyətli olacağını qeyd edib.

ADU-da keçirilən tədbirlər haqqında məlumat verən Ə.Abdullayev hər ayın son həftəsində universitetdə “Milli adət-ənənələrimizi yaşadaq” adlı tədbirin keçirildiyini bildirib. O, məhz həmin gün tələbə və müəllimlərin universitetdə milli geyimdə gəldiklərini söyləyib.

Səmimi qəbula görə təşəkkür edən Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ADU-da olmaqdan məmnunluğunu dilə gətirib. Səfir ölkəmizdəki diplomatik fəaliyyətinə keçən il başladığını bildirib. O, Azərbaycanda diplomatik fəaliyyətə başladığı gündən dövlətlərimiz arasında ikitərəfli əlaqələri inkişaf etdirmək haqqında düşündüyünü vurğulayıb. Səfir iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacib məsələlərdən biri olduğunu qeyd edib. O, ADU tələbələrinin Rumıniya dilini və mədəniyyətini öyrənməyə maraq göstərəcəklərinə əminliyini ifadə edib. Səfir ADU-da keçirilən “Milli adət-ənənələrimizi yaşadaq” adlı tədbiri yüksək qiymətləndirib və belə bir təşəbbüsü birgə əməkdaşlıq nəticəsində də həyata keçirməyin maraqla qarşılanacağını bildirib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin təşkil olunması, universitetlərarası əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb. Görüşdən sonra qonaq ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə tanış olub. Qeyd edək ki, görüşdə səfirin diplomatik müşaviri Mihaela İanku da iştirak edib.


7 İyun 2023
Cəmiyyət

Baş nazir Əli Əsədov Mixail Mişustinin dəvəti ilə Soçiyə işgüzar səfərə gedib

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gedib.

7 İyun 2023
Cəmiyyət

Ceyhun Bayramov Slovakiya Milli Şurasının sədri ilə görüşüb - YENİLƏNİB + FOTO

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiya Milli Assambleyasının sədri Boris Kollar ilə görüşüb.

7 İyun 2023
Cəmiyyət

Kəmaləddin Heydərov Türkiyənin yeni daxili işlər nazirini təbrik edib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Ali Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məktubda A.Yerlikayaya yeni vəzifəsində uğurlar arzulayan K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edib.

7 İyun 2023
Cəmiyyət

Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası keçirilib

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir.

7 İyun 2023
Cəmiyyət

Ağsu və Kürdəmirdə qaz kəsiləcək

Bu gün Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.