Roma Papası Fransisk Meksikanın Tultepek şəhərində pirotexnika bazarında baş vermiş partlayış zamanı həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara şəfa, səbr diləyib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
Qeyd edək ki, həmin hadisə zamanı 33 nəfər ölüb, 60 nəfər yaralanıb, daha 12 nəfərin taleyi hələ məlum deyil.
Mexiko ştatı yaralı uşaqlardan bəzilərinin müalicə üçün ABŞ-a göndərilməsinə artıq nail olub.
Qeyd edək partlayış baş verən San-Pablito bazarı Meksikada 300 dükandan ibarət ən böyük leqal pirotexnika bazarıdır.
“İsveç və Finlandiyadan konkret addımlar gözləyirik”.
Danimarkanın baş naziri Mette Frederiksen Ukraynada səfərdədir.
Moskvada səfərdə olan Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zardari Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.