Robot-cərrah gözün tor qişasının okklüziya xəstəliyinin müalicəsinə kömək edib

Robot-cərrah gözün tor qişasının okklüziya xəstəliyinin müalicəsinə kömək edib
27 2017 17:58

Gözün tor qişasının okklüziya xəstəliyi onun damarlarından birinin tıxanmasında ifadə olunur, bu da görmənin zəifləməsinə gətirib çıxarır. Tromboz fəsadlarının qarşısını almaq məqsədilə müalicə üçün adətən gözdaxili inyeksiyalardan istifadə olunur, lakin indiyə qədər trombların aradan qaldırılması üçün universal üsul yox idi. Venanın diametri çox kiçik (0,1 millimetr) olduğundan, damarlara iynə daxil edilərkən onların zədələnməsi riski yüksəkdir.

AZƏRTAC “Naked Science” saytına istinadla xəbər verir ki, belçikalı alimlər venanın tor qişasının kateterlənməsi (RVC) metodu yaradıblar. Bu halda xüsusi robotdan istifadə edilməsi nəzərdə tutulur. Əməliyyatın gedişində cərrah həmin robotun köməyi ilə diametri 0,03 millimetr olan iynəni tromblanmış venaya daxil edir. Bu zaman robot həkimin mikrohərəkətlərini sabitləşdirir, iynə damara daxil ediləndən sonra inyeksiya tamamilə başa çatana qədər 10 dəqiqədən artıq müddətdə həmin iynəni tutub saxlayır.

Həkimlərin sözlərinə görə, yeni robot konkret pasiyent üzərində sınaqdan keçirilib. Hazırda xəstə özünü yaxşı his edir. Sınaqların ikinci mərhələsində mütəxəssislər bu prosedurun klinik effektlərini yoxlayacaq, o cümlədən pasiyentin görmə qabiliyyətinin bərpa olunma dərəcəsini qiymətləndirəcəklər. Bildirilir ki, robot-cərrahın yaradılması üçün yeddi il araşdırma aparılıb.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.