“Azərbaycan və Ermənistan arasında görüşlərin təşkili prosesi hər zaman aparılır. Bəzi dövrlərdə onlar tez-tez baş verir, bəzən nadir hallarda olur”.
“Report” xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bildirib.
"Mən tezliklə belə bir görüşün baş verəcəyinə dair təəssürat yaratmaq istəməzdim. Amma ümid edirəm ki, görüş ən yaxın gələcəkdə baş tutacaq" - həmsədr bildirib.
Hoqland əlavə edib ki, hazırda Rusiya bu prosesdə aparıcı rola malikdir: "Bu, məni çox sevindirir. Minsk Qrupunun hər üç həmsədr ölkəsi birlikdə çalışır".
Ermənistan Baş naziri Nikol Paşinyan eks-prezident Serj Sarqsyanın İkinci Qarabağ Müharibəsində “İsgəndər” operativ-taktiki raketlərindən niyə istifadə edilmədi” iradına cavab verib.
Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Su-25 və döyüş helikopterləri ilə düşmənə vurulan aviazərbələri əks etdirən video yayıb.
Bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.