Bosniya və Herseqovina suverenlik və ərazi bütövlüyü məsələlərində Azərbaycanın mövqeyini dəstəkləyir.
Bunu Trend-ə müsahibəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç deyib.
M.İvaniç qeyd edib ki, Bosniya və Herseqovina Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş çoxtərəfli fəaliyyəti, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir.
Rəyasət Heyətinin sədri onu da xatırladıb ki, 2013-cü ilin əvvəllərində Bosniya və Herseqovina Parlament Assambleyasının hər iki palatası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamə qəbul edib.
Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Hacıyeva Sülhanə Sərdar qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.
2 iyul - Polis Günü münasibəti ilə Şuşa şəhərində tədbir keçirilib.
Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.