Reuters: Tramp kibertəhlükəsizliyə dair fərman imzalayacaq

Reuters: Tramp kibertəhlükəsizliyə dair fərman imzalayacaq
31 2017 16:53

ABŞ prezidenti Donald Tramp yanvarın 31-də kibertəhlükəsizliyə  dair fərman imzalayacaq.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi məlumatlı mənbələrə istinadən xəbər verib.

Xəbərə əsasən, fərman kiberməkanda hücum və müdafiə tədbirlərinin təşkili, eləcə də maliyyələşdirilməsi məsələlərini nəzərdə tutacaq.

Qeyd edək ki, D.Tramp  Nyu-Yorkun sabiq meri Rudolf Culianini kibertəhlükəsizlik məsələləri üzrə koordinator vəzifəsinə təyin edib.Xatırladaq ki, ötən ilin oktyabrından etibarən ABŞ kəşfiyyatının rəsmiləri ölkədəki seçki sisteminin rusiyalı hakerlər tərəfindən hücuma məruz qaldığını bildirib. Vurğulanıb ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. Rəsmi Moskva bu ittihamları rədd edir.


9 İyun 2023
Dünya

Türkiyədə kitabxanaların sayı 50 minə çatıb

Türkiyədə 2022-ci ildə kitabxanaların sayı 43,4% artaraq, 49 min 537-ə çatıb.

9 İyun 2023
Dünya

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

9 İyun 2023
Dünya

Peruda “denge” virusundan ölənlərin sayı kəskin artır

Peruda ilin əvvəlindən bəri ölkədə “denge” qızdırmasından 201 nəfər həyatını itirib.

9 İyun 2023
Dünya

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 1-7 iyun tarixləri üçün hesabatı dərc olunub.

9 İyun 2023
Dünya

Yaponiyada 200 mindən çox insana təxliyə tövsiyəsi verilib

Yaponiyada 200 mindən çox insana təxliyə tövsiyəsi verilib