Bu gündən etibarən bütün respublika ərazisində tam olaraq rəqəmli televiziya yayımına keçilib və analoq yayım dayandırılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradır.
Rəqəmli yayıma keçidin bir üstünlüyü də ondan ibarətdir ki, hər bir bölgədə bütün televiziyaların yayımı vahid stansiyadan həyata keçirilir. Yəni, əhali quraşdırdığı antenaları bir istiqamətə yönəltməklə, açıq paketlə yayımlanan bütün kanalları rahat izləyə bilər.
Bununla da, ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq öhdəliyini yerinə yetirdi.
Qeyd edək ki, Azərbaycan MDB-də tam olaraq rəqəmli yayıma keçən ikinci ölkədir.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 2014-cü il dekabrın 10-dan, Bakı və Abşeron yarımadasında isə bu il noyabrın 1-dən keçilib.
Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1411 nömrəli “Qaynar xətt”inə zəng etmək olar.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.