Respublika Müalicəvi Diaqnostika Mərkəzində pulsuz kardioloji müayinələrə başlanılacaq

Respublika Müalicəvi Diaqnostika Mərkəzində pulsuz kardioloji müayinələrə başlanılacaq
09 2017 16:30

Yanvarın 17-dən etibarən Respublika Müalicəvi Diaqnostika Mərkəzində pulsuz kardioloji müayinələrə başlanılacaq.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, pulsuz müayinələr həftənin çərşənbə axşamı və cümə günləri saat 17.00-dan 19.00-a kimi həkim-kardioloq və ürək-damar cərrahları Rauf Səmədov, Natiq Mirzəyev və Pərviz Məmmədov tərəfindən keçiriləcək. Bu müayinədən keçənlər üçün laborator analizlərə 20 faiz endirim olacaq.

Müayinədə iştirak etmək üçün həftənin şənbə günü saat 10.00-dan 15.00-a kimi 012-530-90-29 (daxili nömrə: 123) nömrəsinə zəng edib qəbula yazılmaq kifayətdir.


1 May 2020
Səhiyyə - Sağlamlıq

Cəlal İsayev: “Ölkədə epidemioloji vəziyyət vətəndaşlardan asılıdır” - ŞƏRH

Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha 58 nəfər koronavirusdan sağaldı - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 38 yeni yoluxma

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

30 Apr 2020
Səhiyyə - Sağlamlıq

Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.