“Dövlət büdcəsinin gəlir mənbələri azaldıqca yeni mənbələrin axtarışı və yaxud üzə çıxarılması təbii haldır. Lakin bu, birtərəfli qaydada həyata keçirilməli deyil. Əvvəla, hər hansı bir sahədə gəlir mənbələri var idisə və bundan istifadə olunmurdusa, ilk növbədə, bunun səbəbləri araşdırılmalıdır.
İkincisi də, yeni gəlir mənbələri əgər stimullaşdırıcı tədbirlərin deyil, inzibati və müvafiq hüquqi qaydaların tədbiqi yolu ilə yaradılır və əldə olunarsa, bu, istər-istəməz qeyri-effektiv nəticələnəcək.
Belə mənbələrdən biri də orta məktəb müəllimlərinin repetitorluq fəaliyyətləridir. Bəli, mən də razıyam ki, bu, sırf sahibkarlıq fəaliyyətidir. Sahibkarlıqla məşğul olan hər kəs isə dövlət büdcəsinə vergi verməlidir. Lakin burada bir sual yaranır ki, orta məktəb müəllimi necə olur və hansı səbəbdəndir ki, repetitorluq fəaliyyəti ilə məşğul olur və bunun üçün vaxt da tapa bilir?!”.
Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərovdeyib.
Onun sözlərinə görə, repetitorları vergiyə cəlb etməkdənsə, müəllimlərin 30-40%-nin ixtisar edilməsi daha məqsədəuyğundur:
“Demək, bunun üçün birincisi, onların işlədikləri məktəbdən şərait yaranır və ikincisi də ki, üstəlik, buna ya məcburiyyət və yaxud da iqtisadi maraq da mövcuddur... Məsələ isə bundan ibarətdir ki, repetitorluq fəaliyyətində bütün bunların hamısı mühüm rol oynayır. Odur ki, daha bir sual yaranır ki, bəs bu fəaliyyət növünü vergiyə cəlb etmək düzgün və mümkündürmü?!.
Lazımdır! Lakin təəssüf ki, bu istək tam effektiv nəticə verməyəcəkdir. Əvvəla, orta məktəb müəllimlərinin repetitorluq fəaliyyətlərinə nəzarət etmək çox çətindir. Bu, bir növ zehni əməyin “qara bazar” yolu ilə tədbiqi vasitəsilə gəlir və ya qazanc əldə olunması deməkdir ki, bu və ya digər yerdə “qara bazar”a isə həmişə qeyd etdiyim kimi ya bir şeyin qıt olması və yaxud da gəlirin az əldə olunması yol açır.
Belə ki, istənilən səviyyədə gəlir əldə etmək ya praktik cəhətdən mümkün deyil, ya da müvafiq limit üzündən real deyil.
Məsələ bundadır ki, orta məktəb müəllimlərinin maaşları azdır. Maaşları isə ona görə azdır ki, onların sayları çoxdur. Büdcədən ən çox əmək haqqı alan peşə sahiblərimiz məhz orta məktəb müəllimləridir.
Digər tərəfdən, orta məktəb müəllimlərinin iş saatları azdır. Günorta saatlarından sonra evində olan istənilən büdcə işçisinin isə əlavə qazanc məqsədilə müvafiq fəaliyyət göstərmək üçün həm vaxtı var, həm də haqqı. Və ən nəhayət, repetitorluq fəaliyyəti ilə hər müəllim məşğul olmur və ola da bilməz. Yəni, buna savad lazımdır.
Odur ki, yeganə çıxış yolu budur: orta məktəblərdə çalışan müəllim heyətinin 35-40%-i ixtisar edilsin, 60 yaşdan yuxarı çalışanlardan peşə təcrübələri hələ də işləməyi tələb olunanların pensiya ödənişləri dayandırılsın və işlədikləri müddətdə yaşa görə pensiya kəsilməsi ləğv edilsin, orta məktəblərdə minimum əmək haqqı sistemi dövlət tərəfindən ayrıca olaraq tənzimlənməklə ən aşağısı ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsində müəyyən edilsin.
Göründüyü kimi, məsələnin həlli yolu istənilən halda radikal tədbirlərin görülməsindən keçir. Ancaq bir var ki, savadsıza “qəpik-quruş” vermək naminə savadlı olanı “incidəsən”, bir də var ki, savadlıdan daha yaxşı istifadə etmək üçün savadsız olanların “qəpik-quruşunu” da kəsəsən. Dövlət və Cəmiyyət üçün sonuncu daha məqsədəuyğundur”.
"İşğaldan azad edilmiş Şuşa (6 min 43.7 hektar), Xocalı (24 min 824.4 ha), Ağdərə (46 min 606.7 ha) və Kəlbəcər (15 min 181.4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə, ümumi sahəsi 92 min 656.2 hektar olan yeni Milli parkın yaradılması nəzərdən keçirilir".
"Hazırda Qarabağ Universitetinin yeni korpuslarının yaradılması üçün Xankəndi şəhərində işlər aparılır".
Yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində Zəngilan rayonu ərazisində 55,0 hektar (ha), Ağdam rayonu ərazisində 11,0 ha, Cəbrayıl rayonu ərazisində isə 38,0 ha yeni yaşıllıq sahəsi salınıb.
Xankəndi şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.