Regionlarda tikiləcək mehmanxana və hostellərə vergi güzəştləri tətbiq ediləcək

Regionlarda tikiləcək mehmanxana və hostellərə vergi güzəştləri tətbiq ediləcək
01 2017 12:57

Bakı şəhəri, Bakı ətrafı qəsəbələr və Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında minimum 1 milyon manat investisiya qoymaqla mehmanxana, minimum 500 min manat investisiya qoymaqla əyləncə xidməti obyektləri, minimum 100 min manat investisiya qoymaqla iaşə xidməti obyektləri tikəcək fiziki və hüquqi şəxslər investisiya təşviqi sənədi ala biləcəklər.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərmanında əksini tapıb.

Bakı şəhəri, Bakı ətrafı qəsəbələr və Abşeron rayonu istisna olmaqla,  minimum 100 min manat investisiya qoymaqla hostel, minimum 2 milyon manat investisiya qoymaqla 2 və 3 ulduzlu yerləşdirmə vasitələri tikəcək fiziki və hüquqi şəxslər də investisiya təşviqi sənədi ala biləcəklər. Bu halda Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, digər şəhər və rayonlarda bu obyektlər turizm və rekreasiya zonalarına daxil olmayan ərazilərdə tikildiyi halda investisiya təşviqi sənədi veriləcək.

Qeyd edək ki investisiya təşviqi sənədi almış fərdi sahibkar həmin sənədi aldığı andan əldə etdiyi gəlirin, hüquqi şəxsin həmin sənədi aldığı andan əldə etdiyi mənfəətin 50 faizi 7 il müddətinə gəlir vergisindən azad edilir. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisi və torpaq vergisini ödəməkdən azaddır.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.