Rəcəb Tayyib Ərdoğan Mehriban Əliyevanı təbrik edib

Rəcəb Tayyib Ərdoğan Mehriban Əliyevanı təbrik edib
22 2017 08:50

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki,Türkiyə Prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Sonra Türkiyə Prezidenti xanım Mehriban Əliyeva ilə danışaraq onu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, yüksək dövlət vəzifəsində fəaliyyətində uğurlar arzulayıb.

Xanım Mehriban Əliyeva göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.


6 Mar 2026
Siyasət

Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub - FOTO

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək"

"2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək".

6 Mar 2026
Siyasət

Şahbaz Şərif İlham Əliyevə zəng etdi, İranın Azərbaycana hücumunu qınadı

Martın 6-da Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

6 Mar 2026
Siyasət

Ceyhun Bayramov: "İranın Naxçıvana PUA hücumu ciddi narahatlıq doğurur"

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi arasında geniştərkibli görüş keçirilib.

6 Mar 2026
Siyasət

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.