Radonun qatılığının təyin edilməsi ilə bağlı üç rayonda fasiləsiz monitorinqlər aparılır

Radonun qatılığının təyin edilməsi ilə bağlı üç rayonda fasiləsiz monitorinqlər aparılır
31 2017 14:45

Şəki, Şamaxı və Kürdəmir rayonları ərazisində radon riskli zonaların müəyyənləşdirilməsi məqsədilə stasionar ölçmə nöqtələri yaradılıb. Hazırda həmin ərazilərdə radonun qatılığının təyin edilməsi ilə bağlı fasiləsiz monitorinqlər aparılır. Şamaxıda yaşayış binalarında, iş yerlərində radonun miqdarının azaldılması üzrə pilot sınaqları keçirilib, bu problemin optimal həlli metodları müəyyənləşdirilib və radonun qatılığının azaldılması ilə əlaqədar təkliflər verilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutundan məlumat verilib. Məlumatda bildirilir ki, “Yüksək radon konsentrasiyası müşahidə olunmuş Şamaxı-İsmayıllı və Şəki-Zaqatala zonalarında radonun həcmi aktivliyinin təbiətinin tədqiqi, radon qazının insan səhhətinə təsirinin qiymətləndirilməsi və bu təsirin aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanması” qrant layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə AMEA Radiasiya Problemləri İnstitutunun və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən başa çatdırılıb. Azərbaycanda ilk dəfə bu layihə çərçivəsində həyata keçirilmiş radon probleminin fundamental kompleks tədqiqatları nəticəsində radon qazının insan səhhətinə təsirinin qiymətləndirilməsi və bu təsirin aradan qaldırılmasının üsul və metodikasının ilkin variantı işlənilərək sınaqdan keçirilib.

Eyni zamanda, radonun qatılığının qapalı məkanda və ətraf mühitdə səviyyəsinin daban laylarının geoloji quruluşundan, ərazinin struktur, geomorfoloji və tektonik quruluşundan, süxurların litoloji tərkibindən, həmçinin geodinamik aktiv zonalardan (qırılmalar, çatlar və s.), təbii mineral su çıxışlarından, binaların konstruksiyasından asılılığı müəyyən edilib. İnsan səhhəti üçün zərərli olan radonun yüksək miqdarı Qobustan (Qurbançı, Təklə, Nabur, Təklə-Mirzəbaba kəndləri), Şamaxı (Çarxan, Sagiyan, Kərkənc, Çıraqlı, I və II Cabanı kəndləri, Sabir qəsəbəsi), İsmayıllı (Buynuz, Aşağıbaş, Qubaxəlilli, Uştal kəndləri) və Qax (Qum, Çinarlı kəndləri) rayonlarının ərazilərində müşahidə olunub. Radonun miqdarının azaldılması və onun təsirinin aradan qaldırılması məqsədilə praktiki tədbirlər (Şamaxı rayonunun Cabanı kəndi) keçirilib, xüsusi havalandırma sisteminin quraşdırılması nəticəsində radonun miqdarının orta hesabla üç dəfədən çox azaldılmasına nail olunub. Bundan əlavə, “Radon və insan sağlamlığı” adlı kitab tam çapa hazırlanaraq müzakirə üçün Nəşriyyat Şurasına təqdim edilib.


18 Apr 2025
Cəmiyyət

Azərbaycan buğda idxalını 36 %-ə yaxın artırıb

Bu ilin I rübündə Azərbaycana 287 min 995 ton buğda idxal edib.

18 Apr 2025
Cəmiyyət

Başlıbel sakini yaşadığı dəhşəti danışdı: "Güllə üstümüzə dolu kimi yağırdı"

Bu gün Başlıbel qətliamının ildönümüdür. Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından 32 il ötür.

18 Apr 2025
Cəmiyyət

Suraxanıda I Qarabağ müharibəsinin itkin şəhidi Mübariz Hüseynov dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 32 il sonra nəşinin qalıqları tapılan şəhid hərbi qulluqçu Mübariz Sabəddin oğlu Hüseynov dəfn olunub.

18 Apr 2025
Cəmiyyət

Şənbə gününün hava proqnozu açıqlanıb - 19.04.2025

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

18 Apr 2025
Cəmiyyət

Bəzi çaylarda suyun səviyyəsi artıb

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.