RUSİYA “ƏJDAHA”NI SUYA BURAXDI! – ABŞ-ı qorxudan sualtı qayıq xidmətə başlayıb!

RUSİYA “ƏJDAHA”NI SUYA BURAXDI! – ABŞ-ı qorxudan sualtı qayıq xidmətə başlayıb!
07 2017 17:50

Rusiya “885M Yasen” layihəsindən olan özünün ilk təkmilləşdirilmiş sualtı qayığını suya buraxıb. Severodvinskdəki “Sevmaş” gəmiqayırma zavodunun sexlərində hazırlanan sualtı qayıq “Kazan” adlanır. Rusiya Hərbi Dəniz Donanmasının sıralarına qəbuldan sonra o, ABŞ Hərbi Dəniz Qüvvələrinin nə zamansa qarşılaşdığı ən böyük düşmən sualtı qayığı olacaq.

Hərbi Dəniz Analizi Mərkəzindən (Center for Naval Analyses) Rusiya hərbi məsələləri üzrə mütəxəssis Maykl Kofman “The Natioanal İnterest” nəşrinə müsahibəsində deyib: ”Bu, ehtimal olunan düşmənin döyüş cərgəsinə qəbul etdiyi bəlkə də ən böyük döyüş qabiliyyətinə malik atom sulatı qayığıdır”.

“Kazan” özünün böyük qardaşı olan “Severodvinsk” sualtı qayığı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə təkmilləşib. Bu gəmiyə yeni texniki əlavəlar olunub. ”Severodvinsk”in tikintisinə başladıqdan sonra buraya gəmi gövdəsinin optimallaşdırılmış forması, modernləşdirilmiş radioelektron mübarizəsi və avtomatlaşdırılma aparılıb. “Kazan”ın tikintisi zamanı həmçinin bu sinifdən olan daha köhnə gəmilərdəki çatışmazlıqların aradan qaldırılması da nəzərə alınıb.
Maykl Kofman deyir: ”Əslində “885M” yeni tipli ilk qayıqdır. Layihə uzun müddətli təcrübə layihələndirliməsinin bazası əsasında əhəmiyyətli dərəcədə təkmilləşdirilib”.

“855M” layihəsi Sovet və Rusiya sualtı qayıqlarının konstruksiyasından nəzərəçarpacaq fərqə malikdir. Sovet nümunələrindən fərqli olaraq, ”885M” layihəsindən olan sualtı qayıqlar çox məqsədlidir. Onlar öz konsepsiyalarına görə Amerikanın “Sivulf” və “Vircinya” submarinalarına (sualtı qayıq) bənzəyirlər.

ABŞ hərbi dəniz institutunun “Proseedings” jurnalında Maykl Kofman yazır: “Severodvinsk Rusiyanın ilk çox funksiyalı submarinidir. ”Severodvinsk”, sualtı qayıqlarla mübarizə aparmaqla yanaşı, su üstü gəmilərə və yerüstü hədəflərə də zərbə endirə bilər. Onun ən maraqlı xüsusiyyətləri arasında “İrtış-Amfora” hidroakustik kompleksi və 32 raketdən ibarət “Kalibr” və ya “Oniks” raketlərinin yer almasıdır. Bu silahlar su üstü və yerüstü hədəfləri vurmaq üçün nəzərdə tutulub ki, onlardan 2016-cı ildə Suriyadakı hədəflərin vurulması zamanı istifadə olunub”.

Rusiyada “885M” layihəsindən olan ümumən yeddi sualtı qayığın inşa edilməsi planlaşdırılır. Onlar arasında “Novosibirsk”, ”Krasnoyarsk”, ”Arxangelsk” və “Perm” hal-hazırda “Sevmaş”ın tərsanələrində inşa edilmə mərhələsindədir.

Bu arada Rusiya gövdəsində ballistik raketlər daşıyan ABŞ submarinlərini izləmək üçün zərbə sualtı qayıqlarının yeni sinfinin hazırlanmasını planlaşdırır. Bu zərbə qayıqlarının əsas funksiyası Qərbin raket daşıyan atom sualtı qayıqlarına qarşı dura bilməkdən ibarət olacaq. Yəqin ki, bu çox əhəmiyyətli proqramdır. Lakin hal-hazırda həmin sualtı qayığın inşasının yaxın gələcəkdə başlayacağının planlaşdırılmasından savayı bu barədə az məlumat var.

Şübhə yoxdur ki, ruslar güclü zərbə qayığının yeni tipinin yaradılması üçün vacib olan texniki vərdişlərə malikdirlər. Ancaq məsələ ondadır ki, görəsən bu cür bahalı hərbi layihənin həyata keçirilməsi üçün Kremlin pulu çatacaqmı.


15 İyul 2025
Dünya

EYOF-da Azərbaycanı 8 taekvondoçu təmsil edəcək

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 8 taekvondoçu təmsil edəcək.

15 İyul 2025
Dünya

İspaniyalı futbolçu Niderland çempionatında çıxış edəcək

Niderland təmsilçisi "Ayaks" İspaniyanın "Valyadolid" klubunun yarımmüdafiəçisi Raul Moronu sıralarına cəlb edib.

15 İyul 2025
Dünya

Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb

Ukrayna Radası ölkədə ümumi səfərbərliyin avqustun 7-dən etibarən 90 gün müddətinə uzadılmasına səs verib.

15 İyul 2025
Dünya

İsrail Livanın şimal-şərqində "Hizbullah"ın obyektlərinə zərbələr endirir

İsrail Müdafiə Ordusu Livanın şimal-şərqində Bekaa vadisində "Hizbullah" qruplaşmasının obyektlərinə zərbələr endirir.

15 İyul 2025
Dünya

İraqda neft yatağında partlayış olub

İraqda neft yatağında partlayış baş verib.