RİH başçılarının müavinləri, Agentlik və Xidmət rəhbərləri dövlət qulluğuna testlə qəbul ediləcək - SİYAHI

RİH başçılarının müavinləri, Agentlik və Xidmət rəhbərləri dövlət qulluğuna testlə qəbul ediləcək - SİYAHI
15 2017 13:40

Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qayalarda dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparıldığı təsnifatların sayı artırılıb.

APA-nın xəbərinə görə, yeni qaydalara əsasən, inzibati vəzifələrin 1-ci təsnifatı üzrə dövlət orqanlarında aparat rəhbəri, inzibati vəzifələrin 2-ci təsnifatı üzrə dövlət orqanlarında aparat rəhbəri, dövlət orqanlarında aparat rəhbərinin müavini və şöbə müdiri, yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, fondların icraçı direktoru və direktoru test imtahanı ilə dövlət qulluğuna qəbul ediləcək.

İnzibati vəzifələrin 3-cü təsnifatı üzrə: şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi, dövlət orqanlarında aparat rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi, Tarif Şurasının katibi, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri  və dövlət xidmətləri rəhbərlərinin müavinləri, fondların icraçı direktorunun və direktorunun müavini, dövlət orqanlarında aparat rəhbərinin müavini də dövlət qulluğuna qəbul zamanı test imtahanında iştirak edəcək.

İnzibati vəzifələrin 4-cü təsnifatı üzrə: şöbə müdiri, sektor müdiri, regional bölmənin rəhbəri, inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi, regional bölmənin rəhbərinin müavini, yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: sektor müdiri, şöbə müdiri, inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: şöbə müdirinin müavini, inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: yerli bölmənin rəhbəri, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: şöbə müdiri, sektor müdiri, yerli bölmənin rəhbəri, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: yerli bölmələrin rəhbərlərinin müavini, şöbə müdirinin müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri də test imtahanı ilə dövlət qulluğuna qəbul ediləcək.

İnzibati vəzifələrin 7-ci təsnifatı üzrə: sektor müdiri, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini, dövlət orqanı rəhbərinin köməkçisi, inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi, inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: aparıcı məsləhətçi, məsləhətçi, inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi, inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi, inzibati vəzifələrin 6-cı təsnifatı üzrə aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: baş məsləhətçi, baş mühasib, böyük məsləhətçi, inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: aparıcı məsləhətçi, məsləhətçi, hakim köməkçisi, məhkəmə iclasının katibi də dövlət qulluğu zamanı test imtahanında iştirak edəcək.



7 İyun 2023
Cəmiyyət

Baş nazir Əli Əsədov Mixail Mişustinin dəvəti ilə Soçiyə işgüzar səfərə gedib

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gedib.

7 İyun 2023
Cəmiyyət

Ceyhun Bayramov Slovakiya Milli Şurasının sədri ilə görüşüb - YENİLƏNİB + FOTO

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiya Milli Assambleyasının sədri Boris Kollar ilə görüşüb.

7 İyun 2023
Cəmiyyət

Kəmaləddin Heydərov Türkiyənin yeni daxili işlər nazirini təbrik edib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Ali Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məktubda A.Yerlikayaya yeni vəzifəsində uğurlar arzulayan K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edib.

7 İyun 2023
Cəmiyyət

Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası keçirilib

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir.

7 İyun 2023
Cəmiyyət

Ağsu və Kürdəmirdə qaz kəsiləcək

Bu gün Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.