Xəzərdə potensial gücə malik olan zəlzələ ocaqları var.
Trend-in məlumatına görə, bunu AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdikləri mətbuat konfransında deyib.
Mərkəz direktoru əlavə edib ki, Xəzər həm palçıq vulkanları, həm də zəlzələ ocaqları ilə çox zəngindir: "Xəzərin cənubundan tutmuş şimalına qədər zəlzələ ocaqları var. Bakı və Abşerondakı zəlzələlər də Xəzərdəki zəlzələ ocaqlarının aktivləşməsi nəticəsində baş verir".
Q.Yetirmişli deyib ki, Xəzərdə baş verən hər bir zəlzələ gücündən asılı olaraq, neft yataqlarında da müəyyən çatlar əmələ gətirə bilər: "Əgər Xəzərdə baş verən zəlzələlər zamanı neft yatağı daxilində çatlar əmələ gəlirsə, istər-istəməz yataqdakı neftin hər hansı istiqamətə axını gedəcək".
Bu baxımdan Xəzərdə dənizdibi seysmik stansiyaların quraşdırılmasını vacib sayan Q.Yetirmişli qeyd edib ki, belə stansiyalar inkişaf etmiş ölkələrdə var.
Onun sözlərinə görə, dənizdə ilkin olaraq, 3 stansiyanın quraşdırılması nəzərdə tutulur. Onların yeri də müəyyənləşdirilib və layihələndirmə işləri aparılıb. Ancaq o stansiyalar müəyyən çətinliklər üzündən hələ quraşdırılmayıb.
Q.Yetirmişli əlavə edib ki, apreldən yeni bir istiqamət üzrə iş - yəni seysmik tamoqrafiya işləri aparılacaq. Bu tədqiqatlar 4 il ərzində ABŞ alimləri ilə birgə aparılacaq.
Q.Yetirmişli bildirib ki, Almaniya Yer Elmləri Mərkəzi ilə birgə ilkin olaraq, pilot layihə kimi Bakının Səbail rayonun seysmik mikrorayonlaşdırılması aparılacaq. Bunun üçün Azərbaycana böyük avadanlıqlar gətiriləcək.
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.