Xəbər verdiyimiz kimi, Ağdamın “Qarabağ” futbol klubu milli komandamızın hücumçusu Ağabala Ramazanovu transfer edib.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bu transferlə bağlı fikirlərini bildirərkən deyib: “Ağabala Ramazanov gənc və istedadlı futbolçudur, məğlub olmağı sevmir. Onun oyun üslubu komandamızın hücumlarına əlavə sürət və güc qatacaq. Əminəm ki, o, komandamızda oynadığı müddətdə öz ustalığını artırmaq üçün yaxşı imkan qazanacaq. Ağabala əzmkarlığı ilə seçilən futbolçulardandır. O, komandamızın oyun üslubuna uyğun futbolçudur”.
Azərbaycan cüdoçusu Kəramət Hüseynov fevralın 4-də Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqə turnirində iştirak etməyəcək.
“Yanvarın 17-də Serbiyada 4 yaş qrupu üzrə beynəlxalq turnir başlayacaq. Yarışda 45-dək ölkənin iştirakı gözlənilir”.
Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.