Azərbaycanda aparılan məqsədyönlü siyasət hər sahədə, o cümlədən miqrasiya sahəsində özünün müsbət nəticələrini göstərməkdədir.
Dövlət Miqrasiya Xidmətindən (DMX) Trend-ə verilən məlumata görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevlə görüşündə deyib.
Bildirilir ki, görüşdə BMT-nin müvafiq qurumları ilə DMX arasında həyata keçirilən əməkdaşlıq müzakirə olunub. F.Nəbiyev qeyd edib ki, Azərbaycanda əldə olunmuş müvəffəqiyyətlərin, sosial-iqtisadi nailiyyətlərin, sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəticəsində respublikamızın miqrasiya baxımdan mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrildiyini deyib. Xidmət rəisi deyib ki, miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində Azərbaycanda qanunvericilik təkmilləşdirilib, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, iş icazələrinin verilməsi, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi sadələşdirilib.
Görüşdə müasir dünyada miqrasiya və miqrantlar mövzusunun aktuallığına diqqət çəkilib. Avropada yaşanan miqrant böhranı ilə bağlı danışılıb. Xidmət rəisi Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində böyük miqrasiya problemi - bir milyon qaçqın və məcburi köçkün axını ilə üzləşdiyini qeyd edib. O, bu gün də təcavüzün davam etdirildiyini bildirib və Azərbaycan hökumətinin qaçqın və məcburi köçkün həyatı yaşayan həmin insanların problemlərinin həlli üçün gördüyü işlərə, eyni zamanda, erməni təxribatı nəticəsində cəbhə bölgəsində baş verən hadisələrə toxunub.
Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyəti nəzərə alınaraq, Azərbaycanın BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulduğuna diqqət çəkən F.Nəbiyev respublikada vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə görülən işləri qeyd edib.
Görüşdə DMX və BMT-nin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinə əminlik ifadə olunub.
İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gedib.
Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiya Milli Assambleyasının sədri Boris Kollar ilə görüşüb.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Ali Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məktubda A.Yerlikayaya yeni vəzifəsində uğurlar arzulayan K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edib.