Naməlum şəxs 2016-cı ilin mayında Ohayo zooparkında güllələnən Harambe qorillası şəklində hazırlanan “Cheetos” pendirli çipsini “eBay” internet-hərracına çıxarıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, 132 nəfərin iştirak etdiyi hərracda lotun qiyməti sürətlə qalxaraq 100 min dolları ötüb. Hərrac bu nəticə ilə başa çatıb və “unikal” pendir parçası öz alıcısını tapıb.
Xatırladaq ki, dörd yaşlı oğlan uşağı qorillanın qəfəsinə girdikdən sonra 17 yaşlı Harambenin zoopark əməkdaşları tərəfindən güllə ilə vurularaq öldürülməsi ABŞ-da qalmaqala səbəb olmuşdu.
Türkiyənin İzmir şəhərində eyni anda 8 tornado əmələ gəlib.
Ukrayna Daxili İşlər Nazirliyində işğal altında olan Krım yarımadasını, həmçinin Luqansk və Donetsk vilayətlərini azad etmək üçün yeni hücum briqadaları yaradılır.
Avropa Şurasının rəhbəri Şarl Mişel Ukraynanın paytaxtı Kiyevdədir.