Aprelin 5-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100556S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 50 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 2 investor tərəfindən iki sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 27,868,000.00 manat təşkil edib. Sifarişlər 98.8472 manat (14.9945 faiz) və 98.8620 manat (14.7998 faiz) qiymətində təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8472 manat (14.9945 faiz), orta ölçülmüş qiyməti 98.8486 manat (14.9761 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyənləşdirilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 27,868,000.00 manat məbləğində müəyyən edilib. Notlar mayın 3-də ödəniləcək.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.