Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi Sankt-Peterburq metrosundakı partlayışda şübhəli bilinən terrorçu Akbarjon Calilovun valideynlərini dindirib.
Komitənin yaydığı məlumata görə, 21 yaşlı Akbarjon Calilov əslən Qırğızıstanın Oş vilayətindən olsa da Rusiya vətəndaşıdır.
Məlumata görə, ailə Rusiyaya 2011-ci ildə gedib, sonra terrorçunun valideynləri geri qayıdıb, 1995-ci il təvəllüdlü Akbarjon Calilov isə Sankt-Peterburqda qalıb.
Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldaev terrorçunun İŞİD-lə əlaqəsi ehtimalına toxunarkən bildirib ki, Akbarjon Calilovun İŞİD terror təşkilatı ilə əlaqəsinin olması faktı öyrənilir. Hələlik bu haqda dəqiq məlumat vermək olmaz.
Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə İslam Respublikasının ali lideri Əli Xameniyə məktub göndərib.
Kolumbiyanın şimalında Arauka departamentində yerləşən ən böyük neft kəmərlərindən biri hücuma məruz qalıb.
ABŞ-nin Yəmən ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 38 nəfər həlak olub, daha 102 nəfər yaralanıb.