Qırğızıstan prezidenti Almazbek Atambayev Bişkek ətrafında Türkiyə şirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması hadisəsinin araşdırılmasını tapşırıb.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısı həlak olanların ailələrinə və yaralılara maddi yardın göstərilməsi barədə də göstəriş verib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bişkek yaxınlığında Türkiyənin "Turkish Airlines" aviaşirkətinə məxsus Boeing 747-400 yük təyyarəsi qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəza törətməsi nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 32 nəfərin həlak olduğu bildirilir.
Yunanıstan parlamenti namizədliyi Baş nazir Kiriakos Mitsotakis tərəfindən irəli sürülən qanunverici orqanın keçmiş sədri Kostas (Konstantinos) Tasulası prezident seçib.
"Biz Azərbaycan Prezidenti İlham Əliyevə, energetika və xarici işlər nazirinə Rusiyanın hücumlarından sonra enerji sistemimizin bərpası üçün ehtiyac duyduğumuz humanitar yardıma görə təşəkkür edirik".
Yaponiyada güclü qar yağması səbəbindən 1600-dən çox sərnişin gecəni Hokkaydo adasının hava limanında keçirməyə məcbur olub.