Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsinin yaydığı məlumata görə, dövlət başçısı Almazbek Atambayev Çin Xalq Respublikasında (ÇXR) işgüzar səfərdə olub, bu ölkənin Sədri Si Cinpinlə görüşüb.
Si Cinpin Çin ilə Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğunu bildirib. Bu müddətdə iki ölkə arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın qurulduğu və qarşılıqlı fəaliyyətin inkişaf etdiyi qeyd olunub.
Görüşdə müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı fəaliyyətin əsas istiqamətləri müzakirə olunub, bir sıra beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Almazbek Atambayev bildirib ki, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxıb və bu da ölkələrimizin maraqlarına uyğundur.
Səfər çərçivəsində Almazbek Atambayev Çinin kommersiya naziri Qao Xuçen ilə də görüşüb. Qırğızıstan Prezidenti iki ölkə arasında əlaqələrin inkişafında xidmətlərinə görə Q.Xuçenə “Danaker” ordenini təqdim edib.
İsrail fevralın 15-də 369 fələstinli məhbusu azad edəcək.
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin Xarnay dairəsində avtomobilin yaxınlığında bomba partlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə Türkiyənin yerli istehsalı olan "Togg" avtomobili hədiyyə edib.