Qediminas Kirkilas: Litva Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

Qediminas Kirkilas: Litva Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir
06 2017 16:12

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Seyminin sədr müavini, Avropa işləri üzrə komitənin rəhbəri Qediminas Kirkilas ilə görüşüb.

Görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.

Q.Kirkilası Litva Seyminin üzvü, eləcə də Seymin sədr müavini seçilməsi münasibətilə təbrik edən diplomat Azərbaycan-Litva parlamentlərarası əlaqələrinin səviyyəsindən məmnunluğunu bildirib. O, 2016-cı ilin oktyabrında Litva Seyminə keçirilmiş seçkilərdən sonra Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə yeni yaradılmış qrupun üzvlərinin sayının artırılaraq 66 nəfərə çatdırıldığını və bunun da Seymdə üzvlərinin sayına görə ən böyük qrup olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan səfir Ermənistandan başqa bütün dünya ölkələrinin bu ərazilərin Azərbaycana məxsus olduğunu qəbul etdiyini deyib. İşğalçı ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və AŞPA-nın qətnamələrinə, xüsusilə də 2005-ci ildə qəbul edilmiş 1416 saylı qətnaməyə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini və Ermənistanda hakimiyyətdə olan rejimin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe nəticəsində münaqişənin həllinin mümkün olmadığını qarşı tərəfin diqqətinə çatdırıb.

Seymin sədr müavini Litvanın rəsmi mövqeyini təkrarlayıb, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayıb, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.


9 İyun 2023
Siyasət

Rəşid Behbudovun anım günüdür - FOTO/VİDEO

Bu gün SSRİ Xalq artisti, mərhum müğənni Rəşid Behbudovun anım günüdür.

9 İyun 2023
Siyasət

Azərbaycan bu gün Ukraynaya növbəti humanitar yardım göndərir

Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərir.

9 İyun 2023
Siyasət

Nazir: “Qeyri-neft və qaz ixracı iki dəfəyədək yüksəlib” - FOTO

“2018-2022-ci illər ərzində ölkəmizin qeyri-neft və qaz ixracı həm faktiki qiymətlərlə, həm də real ifadədə artaraq 1,72 milyard dollardan 3,05 milyard dollara çatıb”.

9 İyun 2023
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə: Yeni hərbi obyektlər istifadəyə verildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir.

9 İyun 2023
Siyasət

İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib.