Qazaxıstanlı ekspert: Lapşinin ekstradisiyası başqaları üçün dərs olacaq

Qazaxıstanlı ekspert: Lapşinin ekstradisiyası başqaları üçün dərs olacaq
09 2017 16:36

Aleksandr Lapşinin ekstradisiyası başqaları üçün dərs olacaq ki, rəsmi Bakının icazəsi olmadan işğal olunmuş ərazilərə getmək olmaz və Azərbaycan dövlətinə hörmət etmək lazımdır.

Trend-in məlumatına görə, bu barədə qazaxıstanlı ekspert Əskər Kumıran sosial şəbəkədəki səhifəsində yazıb.

Ekspert yazıb: “Bu cür nümunəvi cəza. Yeri gəlmişkən, bu cəzanı Bakıya məlumat vermədən Qarabağa gedən bəzi Qazaxıstan vətəndaşlarına, jurnalistlərə və kino xadimlərinə də vermək olar”.

Ə.Kumıran bloger Lapşinin Azərbaycanın işğal olunmuş ərazilərinə getdikdən sonra Azərbaycan paytaxtına gəldiyini və dövlətə qarşı ələ salan yazılar yazdığını xatırladıb:

“Nəticədə Azərbaycan təxribatçını beynəlxalq axtarışa verib. Belarusda saxlandıqdan sonra bütün Rusiya bloq dünyasının etirazlarına baxmayaraq, belaruslular beynəlxalq hüquq normalarına əməl etməklə təxribatçı blogeri Azərbaycana təhvil verib”.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Bundan əvvəl Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər davam etdirilir. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi. Ötən gün A.Lapşin Bakıya gətirilib. Bundan əvvəl isə Belarus Ali Məhkəməsi tərəfindən bloqer A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərardan şikayəti rədd edilib.


5 Avq 2022
Siyasət

Prezident tərəfindən təltif edilmiş tibb işçilərinə mükafatlar təqdim edildi - FOTO

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, bir qrup səhiyyə işçisi “Tərəqqi” medalı və fəxri adlarla təltif edilib.

5 Avq 2022
Siyasət

Azərbaycan neftinin qiyməti kəskin azaldı

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

5 Avq 2022
Siyasət

Mövqelərimiz atəşə tutulub: Doqquzu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəndir - RƏSMİ

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub.

5 Avq 2022
Siyasət

Prezident Slovakiyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Layçakın etimadnaməsini qəbul edib.

5 Avq 2022
Siyasət

İnfeksionistdən XƏBƏRDARLIQ: “Azərbaycanda yoluxma halının payızda yüksəlməsi istisna deyil”

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Azərbaycandakı epidemioloji vəziyyətlə bağlı qurumun mətbuat xidmətinə müsahibə verib.