Qazaxıstan OPEC üzvü olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq neft hasilatının azaldılması üzrə üzərinə götürdüyü öhdəliyə tam əməl edə biləcək.
“Report” "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Kanat Kozumbayev bildirib: “Qazaxıstan hasilatın azaldılması ilə bağlı yarımillik öhdəlik götürüb. Hesab edirik ki, bu öhdəliyi icra edə biləcəyik”.
Nazir vurğulayıb ki, bu məsələ ilə bağlı dəqiq metodologiya yoxdur, qiymətləndirmə isə 6 ayın yekununda aparılacaq.
Qeyd edək ki, ötən il Qazaxıstanın gündəlik 20 min barel hasilatı azaltmaq öhdəliyini götürdüyü barədə məlumat verilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.