Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev aprelin 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
Martın 1-də dünyada ilk dəfə Bakıda yaradılan “Suraxanı” gəmi-muzeyinin açılışı olub.
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması və ilk “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.
“Dörd saat ərzində, dörd dildə, təxminən 50 sualı heç bir şübhə və tərəddüd üçün yer qoymadan cavablandıran Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı informasiya vasitələrinin nümayəndələri və yerli jurnalistlər qarşısında Dağlıq Qarabağla bağlı qəti mövqeyini bir daha ortaya qoymaqla Azərbaycanın Cənubi Qafqazda artıq yeni reallıqlar yaratdığına və hər kəsin də bu reallıqları qəbul etmək məcburiyyətində olduğuna dair növbəti dəfə bütün dünyaya aşkar mesaj ünvanlamış oldu”.