Qazaxıstan Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullarla maraqlanır

Qazaxıstan Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullarla maraqlanır
27 2017 12:57

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı müstəqillik dövrü ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq üçün möhkəm əsasın qoyulduğu vurğulanıb. Qeyd edilib ki, resurslarla zəngin və beynəlxalq nəqliyyat dəhlizləri üzərində əlverişli coğrafi mövqedə yerləşən hər iki ölkə müstəqillik əldə etdikdən sonra oxşar çağırışlarla üzləşib və dövlət quruculuğu sahəsində bir-birinin təcrübəsindən yararlanıb. Bütün sahələrdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq ölkələrimizin daha da inkişafına və güclənməsinə xidmət edəcək. Bu baxımdan, hərbi sənaye sahəsində də əlaqələrimizin güclənməsinin müsbət nəticələr verəcəyi, həmçinin bu sahənin artıq iqtisadiyyatın bir sektoruna çevrildiyi vurğulanıb.

B.Atamkulov iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın mövcudluğundan danışaraq Azərbaycan haqqında xoş təəssüratlarını bölüşüb. O, əldə edilmiş iqtisadi nailiyyətlər və güclü dövlət quruculuğu nəticəsində ölkəmizin regionun ən güclü ölkələrindən birinə çevrildiyini qeyd edib. Nazir bildirib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərdə müstəqil ordu quruculuğu da mühüm rol oynayır. O, müdafiə sənayesi kompleksinin yaradılmasında mühüm nailiyyətlər əldə edən Azərbaycanın bu sahədə uğur qazanmış ölkələr sırasına daxil olmasının təqdirəlayiq hesab edildiyini vurğulayıb, bu sahədə ölkəmizin təcrübəsinin Qazaxıstan üçün daha maraqlı olduğunu qeyd edib.

R.Məmmədov isə öz növbəsində, Azərbaycanın Ermənistan tərəfindən hələ də hərbi təcavüzə məruz qaldığını önə çəkərək münaqişənin yaranma tarixi və nəticələri barədə nazirə geniş məlumat verib. Diplomat Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək məqsədilə güclü hərbi sənaye kompleksi yaratdığını deyərək bu sahədə bir çox ölkələrlə qurulmuş uğurlu əməkdaşlıqdan danışıb.

Görüş zamanı qarşı tərəfə ölkəmizdə bir çox çeşiddə istehsal olunan hərbi təyinatlı məhsullar və onların müxtəlif ölkələrə ixracından danışılıb. Səfir ölkəmizdə hər il keçirilən ADEX sərgisi barədə, eləcə də sərgidə iştirak edən ölkələr, şirkətlər, nümayiş edilən məhsullar və bağlanılan müqavilələrin miqyasının ildən-ilə artması ilə bağlı fikirlərini bölüşüb. Vurğulanıb ki, sərgi artıq dünyanın bir çox ölkəsinin müvafiq sahədə imkanlarının nümayiş etdirilməsi və əməkdaşlığın inkişafı üçün regionda ən mühüm platformaya çevrilib. Qazaxıstan tərəfi bu sərgidə aktiv iştirak etməyə dəvət edilib.

Görüşdə tərəflər arasında müvafiq sahədə əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşməsi ətrafında müzakirələr aparılıb. Qeyd olunub ki, Qazaxıstan Azərbaycanın hərbi sənaye kompleksində istehsal edilən məhsullarla yaxından tanış olmaq niyyətindədir və bu sahədə əməkdaşlığa xüsusi diqqət yetirir. Bu məqsədlə Qazaxıstan ölkəmizdə keçiriləcək növbəti ADEX sərgisində fəal iştirak edəcək, eləcə də milli stendlə çıxış edəcək.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.