Qazaxda Təhlükəsiz Oyun Meydançasının açılışı olub

Qazaxda Təhlükəsiz Oyun Meydançasının açılışı olub
28 2017 10:32

Uşaqların mina təhlükəsindən qorunması üçün Qazax rayonunun Ermənistanla həmsərhəd bölgəsi olan Daş Salahlı kənd 2 saylı tam orta ümumtəhsil məktəbində Təhlükəsiz Oyun Meydançasının açılışı olub.

Trend-in məlumatına görə, Qızıl Aypara Cəmiyyətinin Qazax rayon təşkilatının layihəsi əsasında Litva dövlətinin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə inşa edilmiş Təhlükəsiz Oyun Meydançası bu gün uşaqların istifadəsinə verilib.

Layihənin məqsədi uşaqları oynamaq üçün təhlükəsiz meydançalar və asudə vaxt keçirmək üçün qorxusuz yerlərlə təmin etməkdir. Oyun meydançalarının yaradılmasında və müharibədən zərər çəkmiş ərazilərdə yaşayan gənclər üçün təhlükəsizlik işarələrinin çəkilməsində uşaqlar yaxından iştirak edib.

Bu oyun meydançaları Azərbaycanın cəbhə xəttinə yaxın yerləşən bölgələrində həyata keçirilən layihənin bir hissəsidir. Meydançanın açılışında Litvanın Azərbaycandakı səlahiyyətli səfiri Valdas Lastauskas , Qazax rayon ziyalıları, İcra hakimiyyətinin nümayəndələri və məktəb kollektivi iştirak edib.

Tədbirdə Valdas Lastauskas, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri və həmçinin digər çıxış edən natiqlər təhlükəsiz oyun meydançasının mahiyyətindən danışıb. Sonra açılış rəmizni bildirən qırmızı lent kəsilib və təhlükəsiz oyun meydançası uşaqların istifadəsinə verilib.

Bu cür lahiyyələrin gələcəkdə də həyata keçiriləcəyini bildirən Litvanın Azərbaycandakı səlahiyyətli səfri səfiri V. Lastauskas Litva dövləti tərəfindən Azərbaycanda bu cür lahiyyənin ilk oluğunu bildirib: "Biz Azərbaycanda əsasən tibb və mədəniyyət sahəsində layihələr həyata keçirmişik. Bu dəfə isə çox maraqlı lahiyyə şəhərciyi yeniyetmələrin sağlamlığı üçün əlverişli olacaq. Mən yeniyetmələrə sağlamlıq arzu edirəm. İdman sağlamlıqdı və heç kəsə mane olmur. Mən istəyirəm bu uşaqlar gələcəkdə idman yarışlarında ulduz olsunlar".

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı bu gün daş Salahlı kənd 2 saylı tam orta məktəbində açılan təhlükəsiz oyun medançasının Qazax rayonunda sayca 11-ci olduğunu bildirib.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.