Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çətin sayılan total tireoidektomiya əməliyyatı uğurla icra olunub.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, xəstə boyunda şişkinlik, boğulma, təngnəfəslik, əsəbilik kimi əlamətlərlə klinikaya müraciət edib. Qalxanabənzər vəzidə problemləri olan xəstə biopsiya olunduqdan sonra, onun üzərində total tireoidektomiya–qalxanabənzər vəzin tamamilə çıxarılması əməliyyatı keçirilib.
ATU-nun I cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, cərrah-endokrinoloq Azər Hümmətovun sözlərinə görə, çıxarılan vəzidə təxminən iki santimetrə yaxın düyün aşkarlanıb.
Qeyd edək ki, qalxanabənzər vəzin arxa səthində qayıdan qırtlaq siniri yerləşir və bilavasitə bizim səs tellərimizi inervasiya edir.
Cərrah deyib: “Bu əməliyyatın üstünlüyü ondadır ki, sinir cihazından istifadə etməklə biz bu sinirin zədələnməsinin qarşısını alır, onu qoruyuruq. Bu sinir cihazının iş prinsipi əsasında sinirə göndərilən impuls nəticəsində səs telləri yığılır və hərəkətə gəlir. Bu hərəkət həmin cihazın intubasiya borusuna bağlanan aktiv aparat tərəfindən qəbul olunur və monitora görüntü şəklində çıxarılır. Bununla da həmin sinirin zədələnməsinin qarşısını alırıq”.
Əməliyyat uğurla tamamlanıb, xəstə həmin gün evə buraxılıb.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.