Qax Dövlət Kukla Teatrının kollektivi bayram günlərində uşaqları maraqlı Yeni il proqramı ilə sevindirməkdə davam edir.
Yanvarın 1-də başlanan bayram şənliklərində indiyədək yüzlərlə tamaşaçı iştirak edib. Xüsusi proqram əsasında hazırlanmış tamaşanın əvvəlində Yeni ilin personajları Şaxta baba və Qar qız uşaqları bayram münasibətilə təbrik edir, onlarla birgə əylənir, rəqs edirlər.
Sonra uşaqlar Əhməd Orucun qələmə aldığı “Zınqırovlu pişik” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya baxırlar. Rejissor Elşad Rəhimzadənin quruluş verdiyi tamaşada əsas rolları teatrın aktyorları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Aynurə Abbasova və başqaları ifa edirlər.
Teatrda bayram şənlikləri yanvarın 4-dək davam edəcək.
"PASHA Holding"in təşkilatçılığı ilə keçirilən "Business Talks"da dayanıqlı maliyyələşmə üçün ekoloji, sosial və korporativ idarəetməni ehtiva edən ESG prinsiplərinin vacibliyini vurğuladıq".
İşğaldan azad olunmuş Xankəndi və Şuşa şəhərlərində eləcə də Ağdərə və Xocalı rayonlarının ərazisində yeni milli park yaradılır.
Azərbaycanda şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur.