Dekabrın 14-də səhər saatlarından başlayaraq Qax rayonunun dağlıq və dağətəyi ərazilərinə intensiv qar yağır.
AZƏRTAC xəbər verir ki, yerli icra nümayəndəliklərindən verilən məlumata görə, hazırda Sarıbaş kəndində qarın qalınlığı 15-20 santimetr, İlisuda 10, Qaşqaçayda 7-8, Ağçayda 5, Qaxbaş kəndində isə 3-4 santimetr təşkil edir. Yağan qar nəqliyyatın hərəkətində, yaşayış məntəqələrinin elektrik enerjisi və təbii qazla təminatında heç bir problem yaratmayıb.
“Bu gün səfir Litzenberqer Müdafiə Departamentinin Azərbaycanla təhlükəsizlik əməkdaşlığını müzakirə etmək üçün ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyətini qarşılayıb”.
Bakıda və Abşeron yarımadasında mayın 20-si səhərdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/san, arabir 23-28 m/san olacağı gözlənilir.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 808 vaksin vurulub.