Qatar Airways-dən xüsusi qiymətlər

Qatar Airways-dən xüsusi qiymətlər
17 Dek 2016 16:55

Dünyanın 5 ulduzlu hava yolu şirkəti dünya boyunca möhtəşəm istiqamətlərə xüsusi qiymətlər təklif edir.

Qatar Airways müştəriləri öz ekonom və biznes siniflərindən istifadə edərək qlobal şəbəkəsinə yeni əlavə etdiyi istiqamətləri kəşf etməyə dəvət edir.

İndi müştərilər Krabi, Seyşel Adaları, Vindhoek, Aukland və.s kimi istiqamətlərə Qatar Airways-lə birlikdə Bakıdan səfər edə və Asiya, Amerika, Avstraliya, Sinay Yarımadası və Afrikanı kəşf edə bilərlər. Dünyanın beş ulduzlu hava yolu şirkətinin verdiyi söz unudulmaz səyahət təcrübəsidir.

Qatar Airways-in şəbəkəsinə yeni əlavə edilmiş istiqamətlərə qiymətlər cəmi 1616 manatdan başlayır.

 Qatar Airways-in ölkə direktoru cənab Nazir Abduvahidovun dediyi kimi: "Yeni əlavə edilmiş istiqamətlər müştərilərə dünyanın beş ulduzlu şirkətinin premium ekonom və biznes siniflərini kəşf etmək üçün əla fürsət verir. Biz müştərilərimizə uzun müddətdir bizi seçdiklərinə görə öz minnətdarlığımızı bildiririk".

Qatar Airways Bankok, Sinqapur, Maldiv, Honq-Konq, New York, London və.s kimi dünyanın bir sıra məşhur biznes və turizm guşələrinə Dohada yerləşən Hamad Beynəlxalq Hava Limanı üzərindən 184 təyyarədən ibarət hava donanması ilə mütəmadi səfərlər edir. Qatar Airways bu il Skytrax dərgisi tərəfindən dünyanın ən yaxşı biznes sinfi olan şirkət olaraq seçilmişdir.

Qatar Airways 19 il ərzində sürətlə inkişaf etmiş və bu gün 184 təyyarədən ibarət hava donanmasına malik olub Avropa, Afrika, Amerika, Asiya və Avstraliya qitələri boyunca 150-dən çox biznes və turizm guşəsinə mütəmadi səfərlər təşkil edir.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.