Təyyarə qəzalarında təyyarə parça-parça olsa, dənizin dibinə getsə də, dərhal pilot kabinəsindəki son danışıqları yazan qara qutular axtarılır. Əksəriyyətlə qorxunc qəza xarabalığı arasından sağlam tapılan bu qutular sayəsində qəzanın səbəbləri araşdırılır. Qara qutunun ilk prototipi David Varren tərəfindən yaradılmışdır. Bu ixtiranın əsas yaranış səbəbi isə Davidin atasını 1934-cü ildə baş vermiş Bass Strait təyyarə qəzasında itirməsi olmuşdur.
Qara qutu bu qədər möhkəmdirsə, niyə təyyarənin bütün hissələri bu materiallardan hazırlanmır? Təyyarənin havada rahat uça bilməsi, uzaq məsafələrə az yanacaqla gedə bilməsi mümkün olduqca yüngül materialdan hazırlanması ilə əlaqədardır. Bu materiallar daha çox aluminium və plastikdir.
Kabinədəki səsləri və uçuş məlumatlarını yazan hər iki qutu da paslanmayan poladdan düzəldilir. En və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12-13 santimetrdir. Qutuların kənar qalınlıqları 6-7 mm-dir. Qutular bundan başqa istiyə və yanğına dözümlü olmaqla birlikdə plastiklə əhatə olunmuş və maye köpüklə də təchiz edilmişdir.