Artıq 2004-cü ilin aprel ayında qəbul olunmuş qanuna əsasən ovçuluq, ovçuluq fəaliyyətinin təşkili, ovçuluq təsərrüfatlarının idarə edilməsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məşğuldur. Bu istiqamətdə vacib işlər görülür. Hazırda 11 ovçuluq təsərrüfatımız var. Həmin ərazilərdə ciddi mühafizə tədbirləri həyata keçirilir, nəzarət buraxılış məntəqələri yaradılıb, ovçuların giriş-çıxışı ilə bağlı qaydalar müəyyən olunub.
Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor əvəzi Hikmət Əlizadə AZƏRTAC-a müsahibəsində deyib.
H.Əlizadə bildirib ki, xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun pozucularına qarşı 979 akt və 270 protokol tərtib edilib və ümumilikdə, 257904,72 manat məbləğində cərimə tətbiq olunub, 28 iş hüquq-mühafizə orqanlarına, 130 iş isə aidiyyəti üzrə rayon məhkəmələrinə və icra bölmələrinə göndərilib. Qanunsuz ovla məşğul olan şəxslərdən 79 silah və 303 patron götürülüb.
Azərbaycan təbiətinə ən böyük ziyanı isə işğalçı Ermənistan vurub. İşğal altındakı torpaqlarımızda 2 qoruq, 3 yasaqlıq qalıb. Təbii yerüstü, yeraltı sərvətlərimiz daşınıb, meşələrimiz talanıb. Dəymiş ziyan milyonlarla manat təşkil edir. Daha dəqiq hesablanma torpaqlarımız işğaldan azad ediləndən sonra mümkün olacaq.
Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.
Azərbaycan Mərkəzi Bankı 30 mart tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Bu gün Ramazan ayının səkkizinci günüdür.