Bakının “ABU” həndbol komandası Polşanın “Kram Start Elblag” klubu ilə görüşəcək.
AZƏRTAC xəbər verir ki, qadın həndbolçulardan ibarət “ABU” komandası fevralın 10-11-də Polşanın Elblak şəhərində yerli “Kram Start Elblag” komandası ilə görüşəcək. Nəzərdə tutulan oyun Avropa Həndbol Federasiyasının keçirdiyi “Challenge Cup” turnirinin səkkizdəbir final mərhələsi çərçivəsində reallaşacaq.
Qeyd edək ki, əvvəlki mərhələdə həndbolçularımız Belçikanın “Femina Vise” komandasına qalib gəlib.
“Yanvarın 17-də Serbiyada 4 yaş qrupu üzrə beynəlxalq turnir başlayacaq. Yarışda 45-dək ölkənin iştirakı gözlənilir”.
Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
Bu il Azərbaycan boksçuları müxtəlif yaş qruplarında 77 medal qazanıblar.