Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə QHT təmsilçiləri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də iştirak ediblər.
Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 2016-cı il həm vətəndaş cəmiyyəti, həm də Şura üçün əlamətdar olub. Ötən ilin QHT sektorunun dinamik inkişafı ilə yadda qaldığını deyən sədr Şuranın maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, hesabatlılıq, elektron xidmətlərin təkmilləşdirilməsi və digər sahələrdə müsbət tendensiyanın müşahidə edildiyini vurğulayıb. O qeyd edib ki, ötən il də Şura beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərib.
Konfrans müzakirələrlə davam edib, müxtəlif QHT-lərin nümayəndələrinin təklifləri dinlənilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.
“2016-cı ilin 4 günlük aprel müharibəsində qələbəmizdən sonra orduya qarşı qurulan qəsd planı, yaxud onun üçün saxta əsaslar yaradan düşmən hiyləsi nəticəsində övladlarını itirən və onlara qarşı işgəncə faktı məhkəmə qərarı ilə təsdiq olunan, lakin dövlətdən üz döndərməyən, buna görə hər cür ehtirama layiq olan analara hərbi strukturlar, eləcə də hərbi prokurorluq və məhkəmə orqanları həm özləri, həm də cəmiyyətdə nüfuzlu insanlar vasitəsilə məlum linç kampaniyasını durdurmaq üçün tədbirlər görə bilməzdilərmi? Gərək, mütləq ölkə rəhbəri tapşırıq versin?”.
Nazirlər Kabineti beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərə münasibətdə müvafiq normativ aktlarında dəyişikliklər edib.