QHT-lər üçün təlim keçirilib (FOTO)

QHT-lər üçün təlim keçirilib (FOTO)
20 Dek 2016 09:53

QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün “İctimaiyyətlə əlaqələrin qurulması” mövzusunda 2 günlük təlim keçirib.

Şuradan Trend-ə verilən məlumata görə, qurumun mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Şuranın yarandığı vaxtdan əsasnaməsinə uyğun olaraq QHT-lərə müxtəlif istiqamətlər üzrə, o cümlədən məlumat və təşkilati-texniki xidmət göstərdiyini qeyd edib.

E.Behbud QHT-lərin ictimaiyyətlə əlaqələrin qurulmasını peşəkar əsasda həyata keçirməsinin icra etdikləri layihələrin səmərəliliyinin artırılmasında mühüm rol oynadığını deyib. Mətbuat xidmətinin rəhbəri QHT-media əməkdaşlığının inkişaf etdirilməsinin mexanizmləri haqqında fikirlərini bildirib.

20 təşkilatın qatıldığı tədbirin təlimçisi PR menecer, Şuranın qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov olub. Təlimdə PR strategiyasının müəyyənləşdirilməsi, sosial şəbəkələr və media qurumları ilə əlaqələrin qurulması, brifinqin, mətbuat konfransının keçirilməsi, press-relizin hazırlanması, təşkilatın fəaliyyətini qiymətləndirmək üçün SWOT-analizin aparılması və digər mövzularda təqdimatlar edilib və qrup işləri icra olunub.

Təlim praktik məşğələlərlə davam etdirilib.




8 İyun 2023
Cəmiyyət

Fərid Qayıbov EOC prezidenti ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Spiros Kapralosu və təşkilatın İcraiyyə Komitəsinin üzvü Hasan Aratı qəbul edib.

8 İyun 2023
Cəmiyyət

Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 iyun 2023-cü il tarixində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.

8 İyun 2023
Cəmiyyət

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 vaksin vurulub.

8 İyun 2023
Cəmiyyət

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib - FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

8 İyun 2023
Cəmiyyət

Sultan Hacıyev etimadnaməsini Keniya Prezidentinə təqdim edib - FOTO

Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev etimadnaməsini bu ölkənin Prezidenti Uilyam Rutoya təqdim edib.