QHT-lər MHŞT üzrə Beynəlxalq İdarə Heyətini Azərbaycanın üzvlüyünün bərpasına çağırıb

QHT-lər MHŞT üzrə Beynəlxalq İdarə Heyətini Azərbaycanın üzvlüyünün bərpasına çağırıb
09 2017 09:20

İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyası üzvləri MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müraciət edib.

8-9 martda Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək növbəti toplantısı ərəfəsində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə müracəti 140 Koalisiya üzvündən 94-ü dəstəkləyib.

MSŞA Koalisiyası Şura üzvü Əliməmməd Nuriyev bu barədə Trend-ə məlumat verib. Onun sözlərinə görə, müraciətdə qeyd olunur ki, yerli vətəndaş cəmiyyəti Azərbyacanın MHŞT-də iştirakını, bu sahədə indiyə qədər görülən işləri, təşəbbüsləri ölkəmiz, yerli vətəndaş cəmiyyəti üçün vacib hesab edir: “MHŞT ölkəmizdə şəffaflığın və hesabatlılığın tətbiqi, gəlirlərin düzgün idarə edilməsi, ictimai iştirakçılığı dəstəkləməklə yeni islahatlar mərhələsinə qədəm qoyan Azərbaycan üçün çox fayda verir. MHŞT eyni zamanda yerli vətəndaş cəmiyyətinə hökumətlə əməkdaşlıq, müzakirə və qərarların qəbulu prosesində iştirak imkanları təqdim edir. Bu baxımdan Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etməsi yerli vətəndaş cəmiyyəti üçün də çox mühümdür və taleyüklü məsələdir. Bir daha qeyd edək ki, yerli vətəndaş cəmiyyəti təmsilçiləri olaraq birmənalı şəkildə Azərbaycanın MHŞT-də fəaliyyətinin davam etdirməsinin tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycanın MHŞT-də iştirakı ilk növbədə Azərbaycan vətəndaş cəmiyyəti üçün çox önəmlidir həm təbii ehtiyatların işlənməsinə nəzarət baxımından həm də vətəndaş cəmiyyətinin inkişafı və rolunun artması baxımından. Azərbaycanın üzvlüyünün dayandırılması çox tələsik addım olardı”.

Ə.Nuriyev bildirib ki, MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 15 aprel 2015-ci il tarixli iclasında Azərbaycan üçün təsdiq edilən İslahedici Tədbirlər Planı və Astana toplantısında irəli sürülən tədbirlərin icra olunmasından sonra vəziyyətin müsbətə doğru dəyişməsi ilə bağlı hökumət tərəfindən bir sıra əhəmiyyətli addımlar atıldığı da diqqətə çatdırılıb: Müraciətdə qeyd edilib ki, Koalisiya üzvlərinin üzləşdikləri praktiki problemlər əsasən həll edilib, qrantların qeydiyyatı prosedurlarında və donorların fəaliyyətini tənzimləyən qaydalarda xeyli sadələşdirmələrə dair hokumət müvafiq qərarlar qəbul edib (ölkə prezidentinin 21 oktyabr 2016-cı il tarixli fərmanı, Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli və 24 yanvar 2017-ci il tarixli qərarları). Bu qərarlar həm yerli QHT-lər həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir və vətəndaş cəmiyyətinin öncəki faliyyətinin bərpasına zəminlər yaradıb. Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq bütün gücümüzlə bu cür müsbət dəyişiklərə təkan verməyə çalışırıq. Hökumətlə müzakirələr deməyə əsas verir ki, bu proses artıq davamlı xarakter alıb və mövcud probləmlərin həlli istiqamətində qərarların qəbulu davam edəcək”.

Ə.Nuriyevin sözlərinə görə, Koalisiya üzvləri müraciətin sonunda ölkəmizin MHŞT-də iştirakının vətəndaş cəmiyyəti üçün əhəmiyyəti bir daha vurğulanıb: “Xüsusi olaraq bir daha bəyan etdik ki, indiki mərhələdə, dəyişikliklərə start verildiyi bir vaxtda ölkəmizin MHŞT-də iştirakı vətəndaş cəmiyyətinin inkişafı və gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir”.

Müraciətlə bərabər QHT qanunvericiliyinə dəyşikliklərlə bağlı yerli və beynəlxalq təşkilatların müsbət rəyləri də MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə göndərilib.

Ə.Nuriyev əlavə edib ki, Koalisiya Şurasının altı üzvü (“altılıq”) tərəfindən də MHŞT üzrə Beynəlxalq İdarə Heyətinə təhrif olunmuş məlumatlar göndərilib: “Bu məlumatlarda situasiya və faktlar təhrif edilib. “Altılıq” Koalisiyanı siyasi platformaya çevirməyə cəhd göstərir. Koalisiyanın maraqlarını şəxsi və siyasi qrup maraqlarına qurban verirlər. Azərbaycanın üzvlüyünün dayandırılması ilə bağlı hər hansı qərar qəbul olunacaqsa, buna görə “altılıq” məsuliyyət daşıyacaq”.


13 Dek 2024
Cəmiyyət

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə yanvarın 3-də Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edir.

13 Dek 2024
Cəmiyyət

Bu il Azərbaycandan turist axını 17 % artıb

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1 milyon 998,9 min nəfər olub.

13 Dek 2024
Cəmiyyət

Vüqar Bayramov: 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq

2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq.

13 Dek 2024
Cəmiyyət

Şənbə günü Bakıya sulu qar yağacaq - PROQNOZ

Azərbaycan ərazisində dekabrın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.