Rusiya prezidenti Vladimir Putin Çelyabinskdə “Eterno” şirkətinin işçiləri ilə söhbət zamanı siyasi karyerasını başa vuracağından sonra hansı işlə məşğul olmaq istədiyindən danışıb.
REALPRESS.Az-ın Lenta.ru-ya istinadən məlumatına görə, dövlət başçısı etiraf edib ki, səyahət etməyi çox xoşlayır, lakin sıx iş qrafiki səbəbindən səfər etdiyi ölkələrin təbiəti və mədəniyyəti ilə maraqlanmağa vaxtı olmur.
“Hava limanı, görüş yeri, hava limanı... Hazırda mənim bütün səyahətlərim belədir”, - RF prezidenti deyib.
Putin həmçinin qeyd edib ki, ən böyük arzusu siyasi karyerasını uğurla yekunlaşdırmaqdır.
Ukrayna Prezidenti Volodimir Zelenski Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılması nəticəsində su altında qalan ərazilərə səfər edib.
Kanadada meşə yanğını baş verən ərazidən və ətraf rayonlardan 26 000 nəfər təxliyə edilib.