Hazırda Rusiya istənilən potensial təcavüzkardan güclüdür.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Müdafiə Nazirliyinin geniş kollegiya iclasında çıxış edən dövlət başçısı qeyd edib:
"Əminliklə demək olar ki, biz bu gün istənilən potensial təcavüzkardan güclüyük. Bununla belə, diqqətinizə çatdırmaq istəyirəm ki, əgər ordu və donanmanın modernləşdirilməsində, qoşunların hazırlığında bir dəqiqə belə zəiflik göstərsək, vəziyyət dərhal dəyişə bilər. Rusiya bunu hətta hiss etməyə bilər".
Türkiyə Qəzza zolağından Misirə keçən 130 vətəndaşını və onların yaxınlarını təxliyə etmək niyyətindədir.
İraq Prezidenti Abdul Lətif Rəşid İran Silahlı Qüvvələr Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri ilə Bağdadda görüşüb.
Çin Azərbaycan ilə birlikdə tarixi İpək Yolunu bərpa etməlidir.