Putin və Medvedev Azərbaycan prezidentini təbrik ediblər

Putin və Medvedev Azərbaycan prezidentini təbrik ediblər
23 Dek 2016 11:27

Rusiya prezidenti Vladimir PutinAzərbaycanın dövlət başçısı İlham Əliyevi 55 illik yubileyi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, Putinin məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu. 55 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox işlər görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini qazanmısınız və beynəlxalq aləmdə yüksək nüfuza sahib olmusunuz. Rusiyada Sizi ölkəmizin etibarlı dostu, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin prinsipial tərəfdarı kimi tanıyırlar.

Bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv ünsiyyətin və səmərəli birgə işin davam edəcəyinə ümidvar olduğumu bildirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Azərbaycan prezidentini həmçinin Rusiya baş naziri Dmitri Medvedev təbrik edib: 

“Hörmətli İlham Heydər oğlu. Sizi 55 illik yubileyiniz münasibətilə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin böyük şəxsi töhfənizi xüsusi qeyd etmək istərdim. Siz ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafına, sənaye, infrastruktur və energetika sahələrində iri müştərək layihələrin həyata keçirilməsinə daim diqqət yetirirsiniz. Əminəm ki, əməli qarşılıqlı fəaliyyətin gücləndirilməsi, regionlararası kooperasiyanın və işgüzar əlaqələrin genişlənməsi Rusiyanın və Azərbaycanın mənafelərinə tamamilə uyğundur.

Sizinlə həmişə konstruktiv, etimada əsaslanan şəraitdə keçən görüşlərimizi səmimiyyətlə xatırlayıram. Səmərəli ünsiyyətimizin davam etdirilməsinə şad olaram. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.