Putin Le Penlə görüşüb

Putin Le Penlə görüşüb
25 2017 09:27

Rusiya prezidenti Vladimir Putin ölkədə səfərdə olan Fransa prezidentliyinə namizəd, Milli Cəbhə Partiyasının lideri Marin Le Peni qəbul edib.

REALPRESS.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, V.Putin bildirib ki, M. Len Pen Avropada sürətlə inkişaf edən siyasi qüvvələr spektrini təmsil edir. 

O, Fransa ilə münasibətlərə çox böyük önəm verdiklərini, həm hakimiyyət, həm də müxalifətlə bərabər səviyyəli əlaqələr qurmağa çalışdıqlarını söyləyib: “Biz qətiyyən baş verən hadisələrə təsir göstərmək istəmirik, lakin bizim tərəfdaşlarımız, məsələn, Avropa və ABŞ kimi, bütün siyasi qüvvələrin nümayəndələri ilə ünsiyyət yaratmaq hüququmuzu özümüzdə saxlayırıq”.

M.Le Pen isə Fransanın Rusiya ilə dərin mədəni, iqtisadi və strateji əlaqələri olduğunu vurğulayıb. O, Rusiya ilə Fransanı terrorçuluqla real mübarizə aparan ölkələr adlandırıb.

Xatırladaq ki, faşist mövqeli M.Le Pen rusiyameylli siyasətçi kimi tanınır. O, prezident seçilərsə, Krımı Rusiya ərazisi kimi tanıyacağını vəd edib. Fransada prezident seçkilərinin ilk turu aprelin 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.


24 Yan 2025
Dünya

Pakistan prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə görüşüb.

24 Yan 2025
Dünya

Türkiyədə zəncirvari qəza olub, 3 nəfər ölüb, 33-ü yaralanıb

Türkiyənin Konya şəhərində yük maşını ilə sərnişin avtobusu yolda dayanmış TIR-a çırpılıb.

24 Yan 2025
Dünya

Böyük Britaniya və İrlandiyada nəqliyyatın fəaliyyəti iflic olub

Böyük Britaniya və İrlandiyada tüğyan edən "Eovin" fırtınası səbəbindən dəmir yolu və hava nəqliyyatında fasilələr müşahidə olunur.

24 Yan 2025
Dünya

Qəzzada məktəblərin 88 %-i döyüşlər zamanı ziyan çəkib

Qəzza zolağında 660 min uşaq təhsildən məhrumdur, çünki Fələstin anklavındakı məktəblərin 88 %-i ziyan çəkib.

24 Yan 2025
Dünya

Tailandda 350-dən çox məktəb bağlanıb, insanlara evdən işləmək tövsiyə edilib

Tailandın paytaxtı Banqkokda hava çirklənməsinin əhəmiyyətli dərəcədə artması səbəbindən 350-dən çox məktəb bağlanıb.