Psixoterapevt: Yaxşı yatmaq üçün yuxu gigiyenasına əməl olunmalıdır

Psixoterapevt: Yaxşı yatmaq üçün yuxu gigiyenasına əməl olunmalıdır
28 2017 14:56

Yuxu pozğunluğu hansısa bir xəstəlikdən qaynaqlanmadığı təqdirdə müəyyən qaydalara əməl etməklə bunu aradan qaldırmaq olar”.

REALPRESS.Az xəbər verir ki, bunu Report-a psixiatr, psixoterapevt Mehriban Rzayeva bildirib.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə yuxu gigiyenasına əməl edilməlidir: “Yuxu rejiminə əməl etmək lazımdır. Eyni saatda yatağa uzanmaq vacibdir. Yuxudan əvvəl ağır qidalar qəbul edilməməli, kofe, çay kimi içkilər içilməməlidir. Stress yaradan həyəcanlı filmlərə də baxmaq olmaz. Bundan başqa, yuxudan əvvəl təmiz havada gəzmək yaxşı effekt verir. Süd içmək önəmlidir, çünki yuxugətirici təsirə malikdir. Südün tərkibində yuxu hormonu olan melatoninin yaranmasına kömək edən maddələr var. Ona görə də uşaqlar ana südünü içib yatırlar. Eyni zamanda insanın yatdığı yer qaranlıq olmalıdır. Bütün bu vasitələrə əməl etməklə yuxu refleksinin yaranmasına kömək etmiş oluruq”.

M.Rzayeva deyib ki, sadalanan qaydalar yardım göstərmədiyi təqdirdə bitki tərkibli yüngül preparatlardan istifadə etməklə yuxu refleksini yaratmaq lazımdır: “Bir həftə, on gün bitki tərkibli dərman müalicəsi aparmaq olar. Amma bunun üçün hər gün eyni vaxtda yatmaq şərtdir. Preparatlar da kömək etməyəcəyi təqdirdə psixoterapiya vacibdir. Çünki insanı yatmağa qoymayan öz fikirləri, həyəcanları, problem və qorxularıdır”.

Psixoterapevt vurğulayıb ki, yuxu üçün istifadə edilən bəzi türkəçarə üsullar var: “Onların elmi əsasları mövcuddur. Saymaq, kitab oxumaq, televizora baxmaq kimi üsullar insanı fikirlərindən yayındırır, düşüncələrə dalmağa qoymur. Amma insanı yatmağa qoymayan problemləri, düşüncələri psixoloqla, psixoterapevtlə müzakirə etmək lazımdır”.

M.Rzayeva qeyd edib ki, insan yatağına uzananda yatacağına tam əmin olmalı, yuxunun gəlməyəcəyindən qorxmamaldır.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.