Psixoloji cəhətdən sağlam insan

Psixoloji cəhətdən sağlam insan
17 2017 16:14

Ruhən sağlam insanı necə müəyyən etmək olar? İnsanın psixi sağlamlığı haqqında marağımıza səbəb olanlar:


1.  
İnsanın öz- özü ilə barışmış olması; 
İnsan nədirsə onu ortaya qoyar, heç bir çıxar düşünməz. İnsan çətinliyə də düşsə, özü kimi davranar, davranışları tutarlı olar.

2.  İnsan yaxın və uzaq ətrafı ilə münasibətlər qurmalı, ən əsası bu münasibətləri davam etdirməyi bacarmalıdır.

3.  Sevgi və hörmətə əsaslanan bağlar qura bilməlidir.

4.  Özünə güvəni olmalıdır.

5.  Özünü görə bilməlidir. Mənfi və müsbət tərəfləri ilə dəyərləndirə bilməlidir.

6.  Cəmiyyətdə bir yeri, vəzifəsi olduğu hissini qazanmış olmalıdır. Fərd özünün dəyərli olduğunu hiss etməlidir. 

7.  Gələcəyə bağlı fikirləri olmalı, fikirlərini həyata keçirmək üçün həqiqi səy göstərməli, sıxıntılara, çətinliklərə səbr etməlidir.

8.  İnsan qarşılaşdığı çətin məqamlarda özündə güc tapmağı bacarmalıdır.

9.  İnsanın yaşadığı çevrə ilə uyğun olan inandığı dəyərləri və inancları olmaldır.

10.  Müstəqil qərarlar qəbul edə bilməlidir.

11. Ruhi sağlamlığı yerində olan bir insanın peşəsindən  əlavə, maraqlandığı sahələr, onu sakitləşdirən, əyləndirən maraqları olmalıdır.

A. Maslova görə:

Gerçəkliyi lazımi ölçüdə qarşılaya bilmək, gerçəklərlə rahat şəkildə münasibət qurmaq;
təbiəti, insanları, özünü olduğu kimi qəbul etmək;
içindən gəldiyi kimi davrana bilmək;
daha dərin insanlararası münasibətlər qura bilmək; yalnız qala bilmək və təkbaşına qərarlar qəbul edə bilmə gücünə sahib olmaq;
insanlara qarşı simpatiya və hörmət hissi yaşaya bilmək;
məqsəd və vasitələri ayırd edə bilmək;
qırıcı olmayan bir insanlığa sahib olmaq;
düşüncə və duyğularında axıcı bir rahatlığa sahib olmaq;
yaradıcı olmaq;

Rogersə görə:

Tam gücü ilə çalışan, özünü inkişaf etdirən bir fərddir;
Daxili yaşantıları ilə görüntüsü bir-birinə uyan insandır;
Özünə hörmət edən, özünü ifadə edə bilən  insandır;
dəyərləndirmə ölçüsünü, öz üzərində formalaşdırmaq, sağlam insanın xüsusiyyətləridir;


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.