Prezident İlham Əliyev yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışın

Prezident İlham Əliyev yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun açılışın
08 Dek 2016 14:11

Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan Ramana-Maştağa avtomobil yolunun dekabrın 8-də açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bu yol “Ramana-Maştağa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq əsaslı şəkildə yenidən qurulub. Yolun asfalt-beton örtüyü uzun müddət yararsız vəziyyətdə olub. Ümumi uzunluğu 11 kilometr olan yolun texniki göstəriciləri görülən işlər nəticəsində müasir tələblər səviyyəsinə çatdırılıb. Yenidən qurulan yol Heydər Əliyev prospekti-Mərdəkan və Zabrat-Maştağa avtomobil yollarını birləşdirərək bu ərazidə yeni bir yol infrastrukturu yaratmağa imkan verib.

Əvvəllər yolun hərəkət hissəsinin eni 6-7 metr idi. Tikinti işləri çərçivəsində yolun eni 10 metrə qədər genişləndirilib. İki hərəkət zolaqlı yolun hər iki istiqamətində piyada səkiləri inşa olunub. Yolun 1,7 kilometrlik hissəsi isə yenidən layihələndirilərək inşa edilib. Yenidənqurma işləri çərçivəsində yolboyu zəruri olan yerlərdə yeni yol yatağı salınıb. Yeni asfalt döşənən ərazinin ümumi sahəsi 90 min kvadratmetrə yaxındır. Bu avtomobil yolunun yenidən qurulması zamanı 2,5 min kvadratmetr istinad divarı və yeni piyada səkiləri inşa edilib, işıq dirəkləri qoyulub. Bunlardan əlavə, yolboyu kommunikasiya xətlərinin köçürülməsi, həmçinin köhnə xətlərin yeniləri ilə əvəzlənməsi işləri də görülüb. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Ümumiyyətlə, 3 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi ilə 85 mindən çox sakinin gediş-gəlişi xeyli asanlaşıb və avtonəqliyyat vasitələrinin Heydər Əliyev prospekti, həmçinin Zabrat-Maştağa avtomobil yoluna rahat çıxışı təmin olunub.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi, inşaatçılarla söhbət etdi.

Sonda xatirə şəkli çəkdirildi.


2 İyun 2023
Siyasət

Cibuti prezidenti İlham Əliyevə məktub göndərdi

Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

2 İyun 2023
Siyasət

Polşa prezidenti İlham Əliyevi təbrik etdi

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

2 İyun 2023
Siyasət

Prezidentdən daxili işlər orqanları əməkdaşlarının ştat sayı həddi ilə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi dəyişdirilib. 

2 İyun 2023
Siyasət

Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin müavini ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

2 İyun 2023
Siyasət

Kamaləddin Qafarov: “İsrail ilə əməkdaşlıq Azərbaycanın mənafeyinə uyğundur”

“ İsrail dövləti 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb.