Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri martın 15-də başa çatıb.
Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Fransanın yüksək vəzifəli rəsmi şəxsləri yola saldılar.
“Biz sülhə sadiqik və ona mümkün ən tez bir zamanda nail olmaq istəyirik”.
“Ermənistan hökumətinin çox qəribə addımları yaranan müəyyən etimadı pozur”.
“Biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də müzakirə etdik.