Prezident İlham Əliyev: İnvestor və sahibkarların maraqlarının qorunması üçün bundan sonra da zəruri tədbirlər görüləcək

Prezident İlham Əliyev: İnvestor və sahibkarların maraqlarının qorunması üçün bundan sonra da zəruri tədbirlər görüləcək
16 Dek 2016 10:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də İtaliyanın “Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedettini qəbul edib.

İtaliyanın “Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedetti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda metallurgiya sənayesinin inkişafına göstərdiyi böyük diqqəti məmnunluqla xatırladı. O, Bakıda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Gianpietro Benedetti Azərbaycanda metallurgiya sənayesi ilə bağlı planlaşdırılan birgə layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.

Qonaq bildirdi ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhərində 5 iri metallurgiya zavodunu özündə birləşdirən nəhəng metallurgiya klasteri yaranacaq. Bu klasterlərin yaranması Daşkəsən filizsaflaşdırma müəssisəsinin də tam gücü ilə işləməsinə şərait yaradacaq və Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər vahid dəyər zəncirinin yaranmasını təmin edəcək. Gianpietro Benedetti onu da bildirdi ki, bütün bu layihələrin özəl investisiya olaraq investorlar və Avropanın aidiyyatı bankları tərəfindən mailiyyəşdirilməsi nəzərdə tutulur.

Azərbaycanda sahibkarlar üçün gözəl şəraitin mövcud olduğunu deyən dövlətimizin başçısı ölkəmizin xarici investorların cəlb edilməsində maraqlı olduğunu bildirdi. Prezident İlham Əliyev investorların və bütün sahibkarların maraqlarının qorunması üçün zəruri tədbirlərin dövlət tərəfindən bundan sonra da görüləcəyini dedi.

8 İyun 2023
Siyasət

“ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərin sayı ARTIRILDI

“ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli Fərmanında dəyişiklik edilib.

8 İyun 2023
Siyasət

Soçidə MDB Hökumət Başçıları Şurasının iclası başlayıb - VİDEO

Soçidə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası başlayıb.

8 İyun 2023
Siyasət

Sloveniyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirç Musar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

7 İyun 2023
Siyasət

Slovakiya XİN: “Ölkəmizdə Azərbaycan səfirliyinin açılması qərarını yüksək qiymətləndiririk”

“Slovakiya Azərbaycanın bu ölkədə səfirlik açmaq qərarını yüksək qiymətləndirir”.

7 İyun 2023
Siyasət

Qida Təhlükəsizliyi Agentliyinin vəzifələri artırıldı

“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.